incəsənət abidələri

Tarixi və estetik dəyəri olan bədii, təsviri, dekorativ-tətbiqi sənət nümunələri

imza vərəqələri
indeksləşdirmə
OBASTAN VİKİ
İncəsənət
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gerçəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır. Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır. İncəsənətin növləri məqsədəuyğun şəkildə təsnifləşdirilmişdir.
Ağdam abidələri
=== Ağdamın yaşayış əraziləri üzrə abidələri === Çıraqtəpə yaşayış yeri – tunc dövrü (Ağdam şəhəri) Qarahacı yaşayış yeri – ilk tunc dövrü (Ağdam-Xankəndi yolunun sağ tərəfində) Qarahacılı nekropolu – tunc dövrü (Ağdam şəhəri) Vəlixanpətə yaşayış yeri – eneolit dövrü (Ağdam-Ağcabədi şosesinin 1,5 km-də) Kurqan – tunc dövrü (Üzümçülük sovxozu) İlanlıtəpə yaşayış yeri – eneolit – dəmir dövrü (Baş Qərvənd kəndi) Dəyirmantəpə kurqanı – tunc və dəmir dövrü (Orta Qərvənd və Mirəşəlli kəndlərinin arasında) Yaşayış yeri – qədim dövr (Qərvənd kəndi) Şomullutəpə yaşayış yeri – eneolit dövrü (Miəşrəfli kəndindən 1 km şimal-şərqdə) Bənövşələr təpəsi yaşayış yeri – eneolit dövrü (Mirəşəlli və Armudlu kəndlərinin arasında) Gültəpə yaşayış yeri – eneolit dövrü (Mirəşəlli kəndindən 300 m. şimal–şərqdə) Yaşayış yeri- e.ə. II-I minilliklər (Armudlu kəndi) Rəsultəpə yaşayış yeri – orta tunc dövrü, orta əsrlər (Armudlu kəndinin şimal qərbində) Rəsultəpə kurqanları tunc dövrü (Armudlu kəndi, Rəsultəpə yaşayış yerinin 30–40 m. şimalında) İsmayılbəy təpəsi yaşayış yeri – eneolit dövrü (Armudlu kəndi) Kəbləhüseyn yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndi) Namazəli təpəsi yaşayış yeri – eneolit dövrü (Kəbləhüseyn kəndindən 500 m. şərqdə) Boyəhmədli kəndi kurqanları (80-a qədər)- ilk tunc dövrü (Boyəhmədli, Qızıllı Gəngərli və Salahlı Gəngərli kəndlərinin arasında) Gavurqala yaşayış yeri – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Daş qutusu nekropolu – ilk orta əsrlər (Boyəhmədli kəndinin cənubunda) Papravənd-Boyəhmədli kurqanları (Möhülü təpələri, Əli kişi təpəsi, Molla Mustafa oğlu təpəsi, həmşəri təpəsi və.s)- tunc-dəmir dövrü- (Boyəhmədli kəndinin şimal-şərqində) Qarapirim təpələri – tunc və ilk dəmir dövrü (Qarapirim kəndinin qərbində) Güllütəpə – I yaşayış yeri – III-XIII əsrlər (Papravənd kəndi) Güllütəpə – II yaşayış yeri – son tunc dövrü, ilk orta əsrlər (Papravənd kəndinin cənub-şərqində) Misir qışlağı yaşayış yeri – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 250 m. şərqdə) Kurqanlar – son tunc, ilk dəmir dövrü (Papravənd kəndindən 1 km. şərqdə) Qala qalıqları – orta əsrlər (Tarpaut kəndi) Nekropol – orta əsrlər (Kənçərli kəndi) Şomullutəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Quzanlı kəndi) Gülməmməd təpəsi yaşayış yeri- eneolit dövrü (Quzanlı kəndindən 2 km. cənub-şərqdə) Çaqqalı təpənin yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən şimal-şərqdə) Əjdahatəpə yaşayış yeri – eneloit dövrü (Quzanlı kəndindən 2,5 km. şərqdə) Yaşayış yeri – e.ə.V-II minilliklər (Zəngişalı kəndi) Yaşayış yeri – e.ə.V-II minilliklər ( Mərzili kəndi) Nekropol – qədim dövr (Seyidli kəndi) Yaşayış yeri – antik dövrü (Əlimədətli kəndi) Yaşayış yeri – antik dövrü (Göytəpə kəndi) Göytəpə yaşayış yeri – tunc dövrü (Göytəpə kəndinin qərbində) Göytəpə kurqanları – tunc dövrü (Göytəpə kəndinin qərbində) Şümürlütəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Balatəpə kurqanı – tunc dövrü (Əfətli kəndi) Yaşayış yeri – qədim dövr (Sarıhacılı kəndi) Çinartəpə yaşayış yeri – e.ə.V-II minilliklər (Sarıhacılı kəndindən 3 km. cənub-şərqdə) Sarıhacılı yaşayış yeri və nekropol – eneloit, tunc dövrü (Sarıhacılı kəndindən 2 km.
Bakı abidələri
Bakı abidələri — Bakı öz tarixinə görə qədim şəhər olduğundan, burada müxtəlif dövrlərə aid çoxlu sayda tarixi və memarlıq abidələri vardır. == Azərbaycan memarlıq tarixi == Bəşər sivilizasiyasının ilkin meydana gəlmiş ərazilərindən biri də Azərbaycandır. İlk növbədə buna səbəb insanların yaşaması üçün mülayim və münasib təbii şərait olmuşdur. Ərazidə aparılmış arxeoloji qazıntıların nəticələri göstərmişdir ki, Azərbaycanda yaşamış qədim insanlar tarix boyu şərəfli yaradıcılıq yolu keçərək çoxsaylı mədəniyyət əsərləri yaratmışlar və onlardan biri də memarlıqdır. Memarlıq tarixi — insanlıq tarixidir . Bu tarixin başlanğıcı ibtidai insanların yaşadığı təbii mağaralardan başlayır. Azərbaycan ərazisində belə mağaraların sayı olduqca çoxdur. Böyük və Kiçik Qafqaz dağlarının ətəklərində, Talış dağlarında, Naxçıvanda, Zəngilan, Kəlbəcər, Gədəbəy, Xanlar, Şamaxı və nəhayət Füzuli rayonu ərazisində aşkar edilmiş Azıx mağarası buna misal ola bilər. Belə mağaralarda aparılmış tədqiqatlar göstərir ki, burada yaşamış ibtidai insanlar 1,5 milyon il öncə, yaşayışlarını mağaralardakı şəraitə uyğunlaşdırmaq məcburiyyətində qalsalar da sonralar şüurun inkişafı və bəzi əmək və inşaat alətlərinin yaranması ilə əlaqədar olaraq onlar yaşadıqları təbii mağaraları öz yaşayış tərzlərinə uyğunlaşdırmağa çalışmışlar. Tarixən formalaşan Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması problemləri ilə bağlı müxtəlif qərar və tədbirlər həyata keçirilmişdir.
Elegeş abidələri
Elegeş abidələri və ya Elegeş abidəsi – 650-ci illərdə yaradılmış və Elegeşt çayı vadisində yerləşən Göytürk abidəsidir. Orxon abidələrindən təxminən 100-150 il əvvəl yazılmışdırlar. == Abidə == İlk yayımlarda "Elegeş abidəsi " olaraq anılan bu abidə 1888-ci ildə Elegeşt çayı vadisində, çayın sol sahilində tapılmışdır. Abidə 1891-ci ildə Klements tərəfindən incələnmiş və kopyalanmışdır. 1892-ci ildə də Oşurkov abidənin eştampajını çıxarıb Vasili Radlova vermişdir. Elegeşt abidəsi 1915-ci ildə Adriyanov tərəfindən Minusinsk muzeyinə gətirilmiş və 19 nömrə ilə qeydiyyata alınmışdır. == Abidənin ölçüləri == Abidə qatı boz rəngdə, 320 x 66 x 20 sm ölçüsündə, üst qismi dar, aşağıya doğru genişləyən qum daşından ibarətdir. Daşın üzərində yuxarıdan aşağıya doğru yarıqlar və çatlar vardır. Abidədə uzunlamasına yazılmış 12 sətir vardır. Abidənin alt qismində ilk yayımlarda müəyyən olmayan damğa vardır.
Gədəbəy abidələri
== Tədqiqi == Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Kəlbəcər abidələri
== Tarixi abidələr == Qayaüstü təsvirlər və arxeoloji qazıntılar Dəniz səviyyəsindən iki-üç min metr yüksəklikdə yerləşən Zalxa və Pəriçınqılı Qara göllərin sahillərində, Dəlidağın ətəklərində, Ayıçınqılında, Pəriçınqılında və başqa ərazilərdə yerləşən çınqıllıqlarda daşların, qayaların üzərində ulu babalarımız tərəfindən çəkilən rəsm əsərləri geniş yayılmışdır. Bu yerlərin qədim sakinləri ibtidai daş alətlərindən istifadə etməklə möhkəm qayalar üzərində məişət və təsərrüfat səhnələrini, müxtəlif vəhşi heyvanları təsvir edən gözəl rəsmlər çəkə bilmişlər. Bu rəsmlərin müəyyən bir qismi qədim əkinçilik məşğuliyyətini əks etdirir. Ayrı-ayrı daşlar üzərində öküzlərə qoşulmuş ibtidai xışla yerin şumlanması, taxılın biçilməsi və döyülməsi kimi səhnələr, çiynində toxa tutmuş adam təsviri və s. verilmişdir. Bəzi daşlar üzərində ən qədim nəqliyyat vasitələrini göstərən ikitəkərli arabalar təsvir edilmişdir. Qədim ovçuluğa aid səhnələri təsvir edən çox sayda əsərlər də tapılmışdır. Yeni tapılan qayaüstü təsvirlərdə ulu babalarımızın dini təsəvvür, mərasim və etiqadlarına aid maraqlı səhnələr də var. Bunlara əyani misal ayrı-ayrı daşlar üzərindəki kütləvi rəqs səhnələri, rəmzi öküz təsvirləri, mücərrəd işarələrdir. == Elmi tədqiqatlar == Azərbaycanın məşhur arxeoloq-alimi, Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının müdiri, tarix elmlər doktoru, professor Qüdrət İsmayılzadə 1976-cı ildə tədqiqatlar zamanı ilk dəfə olaraq Azərbaycanın belə yüksək dağlıq zonasında eramızdan əvvəl III minilliyə aid qədim yaşayış yerinin qalıqlarını aşkar etmişdir.
Laçın abidələri
=== Memarlıq abidələri === Rayonun ərazisində 300-ə yaxın tarixi, mədəniyyət və memarlıq abidələri, onlarla kurqan, qala tipli arxeologiya baxımından faydalı olan abidələr, çoxlu sayda qəbirüstü abidələr, stellalar, at, qoç fiqurları, süjetli daşlar, eləcə də bu ərazi çoxlu təbii sərvətləri, qiymətli minelar suları ilə zəngindir. Bu ərazidə olan abidələrin əksəriyyəti Qafqaz Albaniyası dövrünün yadigarlarıdır. Alimlərimizin verdiyi məlumata əsasən bu ərazidə olan Qafqaz Albaniyası dövrü abidələrinin bir çoxu bizim eranın xristianlıqdan əvvəlki dövrünə aiddir. Bu yerlərin mürəkkəb relyefi, sərt iqlimi bir çox çay keçidlərində, yolların keçilməz hissələrində körpülərin inşasına səbəb olmuşdur. Onlar əsasən bir tağlı və yaxud iki tağlı körpülərdir. Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı rayonda mövcud olan əksər tarixi, mədəni və dini abidələr dağıdılmışdır. Rayonun ərazisində aşağıda adları çəkilən abidələr rayon ərazisində olan abidələrin yalnız 70%-ə qədərini təşkil edir. Abdallar (Bəylik) kənd ərazisində: Həkəri çayı üzərində körpü XVIII əsr, daş qutu-dəmir dövrü, qəbiristanlıq. Zabux kəndi ərazisində: Sümüklü qəbiristanlığı, XVI əsrə aid Xallanlı qəbiristanlığı. Malıbəy kəndi ərazisində: qədim qəbiristanlıq.
Lənkəran abidələri
== Bala-Şürük məscidi == Lənkəran rayonu Bala-Şürük kəndində yerləşən bu abidə XIX əsrdə tikilmişdir. Məscid yerli ağsaqqalların təşəbbüsü ilə Yuxarı Nüvədili zadəgan və mesenat Hacı Hacıbala tərəfindən verilən vəsait hesabına tikilmişdir. Sonralar Hacı ermənilər tərəfindən qətlə yetirilmişdir. Abidənin uzunluğu 14 m., eni 6 m., hendürlüyü 6 m., divarın qalınlığı 90 sm. Abidə dövlət qeydiyyatına alınıb, mühafizə olunur. == Seyid Xəlifə türbəsi == Ərəb xilafəti dövründə xəlifələrin təqibinə məruz qalmış bir sıra müqəddəs adamlar, alimlər və seyidlər müxtəlif yerlərdə sığınacaq tapmışlar. Onların bir qismi də Azərbaycana pənah gətirmiş, o cümlədən, Lənkəranın ərazisində də məskunlaşmışdır. Bu yerlərdən biri də Lənkəran rayonu ərazisində olan qədim kəndlərdən biri Cil kəndidir. El arasında Se Xəlifə, yəni üç xəlifə və ya Seyid Xəlifə ziyarətgahı da bura pənah gətirən müqəddəslərin məzarlarıdır. Deyilənlərə görə bu üç şəxs, məşhur alim, filosof Seyid Camaləddinin, onun atası Seyid Mİr Abbasın və onun əmisi oğlunun məqbərəsidir, lakin burada daha qədim dövrə təsadüf olunan seyidlərin də məzarları vardır.
Nüydü abidələri
Nüydü abidələri — Ağsu rayonunun Nüydü kəndinin cənub-qərbində Nüydü düzündə aşkar edilmiş e.ə, 3—1 əsrləra aid arxeoloji kompleks. Yaşayış yeri və qəbiristandan ibarətdir (sahəsi təqribən 10—12 ha-dır). Axtarışlar zamanı (1961, 1965) yaşayış yerindən çoxlu əmək aləti (dən daşları, kirkirələr, dəmir çin, təsərrüfat küpləri və s.), habelə çay daşından ev bünövrəsi, müxtəlif məişət avadanlığı və s., qəbiristandan isə saxsı qablar, bəzək şeyləri, müxtəlif silahlar (dəmir nizə, tuvc dəbilqə), ostoloji qalıqlar və s. aşkar edilmişdir. 1972—1973 və 1975-ci illərdə aparılmış arxeoloji qazıntılar zamanı isə (mədəni təbəqənin qalınlıqı təqribən 1,5 m) bina qalıqları, təsərrüfat quyusu, küplər, dəndaşı, daş toxa, çaxmaqdaşı və dəvəközüdəv alət qırıqları tapılmışdır. Bir neçə küp qəbir istisna olmaqla, qəbiristan əsasən torpaq qəbirlərdən (təqribən 50 qəbir tədqiq edilmişdir) ibarətdir. Buradan çoxlu keramika, dəmir nizə, çapacaq, oraq, bıçaq, tuvc bilərzik, üzük, sırğa, sancaq, şüşə muncuqlar və s. aşkar edilmişdir. Üzəri bəzədilmiş müxtəlif çeşidli qırmızı və qara rəngli zərif saxsı məmulatı dulus küpəsində bişirilmişdir. Qazıntılar nətiçəsində gümüş pul dəfinəsi - Nüydü dəfinəsi və ayrı-ayrı sikkə nümunələri də aşkar edilmişdir.
Orxon abidələri
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar. Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Qubadlı abidələri
Qubadlı abidələrinin siyahısı — Qubadlı rayonundakı abidələrin siyahısı Mağara məbədi — IV əsr (Gavur dərəsi) (İNV № 1456) Mağara məbədi — (Əliquluuşağı) (İNV № 1155) Alban kilsələri və abidələri – Yuxarı Cibikli kəndi Məbəd — XI əsr (Məzrə kəndi) (İNV № 4715) 1 nömrəli türbə — XIV əsr (Dəmirçilər kəndi) 2 nömrəli türbə — XIV əsr (Dəmirçilər kəndi) Cavanşir türbəsi — XIV əsr (Yazı düzü) Məscid — XV–XVI əsrlər (Xələc kəndi) (İNV № 4714) Gürcülü türbəsi — XVII əsr (Gürcülü kəndi) Məscid — XVIII əsr (Mollalı kəndi) (İNV № 4711) Məscid — XVIII əsr (Mirlər kəndi) (İNV № 4712) Məscid — XVIII əsr (Məmər kəndi) (İNV № 4713) Məscid — XVIII əsr (Yusifbəyli kəndi) (İNV № 4709) Məscid — XIX əsr (Dəmirçilər kəndi) (İNV № 4703) Məscid — XIX əsr (Dondarlı kəndi) (İNV № 4704) Məscid — XIX əsr (Mahrızlı kəndi)(İNV № 4716) Ocaq dərəsindəki "Cicimli ocağı" - XII/XIII əsrlər ( Balahəsənli kəndi) Qəbristanlıq — XIV əsr (Qayalı kəndi) , Yazı düzü ərazisində (İNV№ 1454) Qədim Haramı qəbiristanlığı (XIX əsr) – Əliquluuşağı kəndi Türbə (1 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 308) Türbə (2 nömrəli) (XIV əsr) – Dəmirçilər kəndi (İNV № 309) Cavanşir türbəsi (XIV əsr) – Yazı düzü (İNV № 4706) Türbə — XVIII əsr (Xocamusaxlı kəndi) (İNV № 4708) Türbə — XVIII əsr (Boyunəgər kəndi) (İNV № 4710) Türbə (XVII əsr) – Dəmirçilər kəndi Türbə (XVII əsr) – Gürcülü kəndi (İNV № 307) İmamzadə — Cılfır kəndi Mir Sədi ağa ocağı – Mirlər kəndi Ağ hasar piri – Mirlər kəndi Mirmehdi ağa piri – Dondarlı kəndi Armudlu piri – Armudlu kəndi Səfərə baba piri – Saray kəndi Qarakaha piri – rayon mərkəzindən 20 km şimalda Ağkaha piri – rayon mərkəzindən 20 km şimalda Ağa Kərim Yalı piri – rayon mərkəzindən 15 km aralı Salahlı piri – Mərdanlı kəndi İmamzadə — Novlu kəndi Umoy Kaha piri – Qaracallı kəndi Mədət bulağı (XIX əsr) – Mahmudlu kəndi (İNV № 4702) Sığınacaq — IV əsr (Balahəsənli kəndi) — Zəngəzur ərazisində ən qədim yaşayış yeridir. Xatırladaq ki, Daranlar deyilən ərazidə yerləşir.(İNV № 1451) Sığınacaq — IV əsr (Əliquluuşağı) (İNV № 1449) Sığınacaq — IV əsr (Zor kəndi) (İNV № 1452) Göy qala — V əsr (Əliquluuşağı) (İNV № 305) 'Qalalı' qalası — (Əliquluuşağı) (İNV № 4698) 'Qalalı' qalası (yeraltı keçidlə) — V əsr (Muradxanlı kəndi) (İNV №4699) Qız qalası – Əliquluuşağı kəndi (İNV № 305) Qalaça — son tunc və ilk dəmir dövrü (Əliquluuşağı) (İNV №1448) Körpü — XIX əsr (Mahmudlu kəndi) (İNV № 4717) Qara qaya sığınacağı — (Mahmudlu kəndi) (İNV № 1453) Daş sandıq — XV əsr (Məmər kəndi) (İNV № 6170) Qədim daş qoç fiquru (XVI əsr) –Mahmudlu kəndi (İNV № 6169) Oğlan-Qız abidəsi – Dəmirçilər kəndi Koroğlu qalaçası — son tunc və ilk dəmir dövrü (Əliquluuşağı) (İNV № 1447) Daş qoyun fiquru — XV əsr (Mahmudlu kəndi) Qalaçid qalası — XIV əsr (Xocamusaxlı kəndi) (İNV № 4707) Hacıbədəl körpüsü — XVIII əsr (Dondarlı kəndi) Bulaq — XIX əsr (Əliquluuşağı) Bulaq — (Əliquluuşağı) Şirin bulaq — XVIII əsr (Məmər kəndi) Bulaq — XIX əsr (Dəmirçilər kəndi) Mədət bulağı — XIX əsr (Mahmudlu kəndi) Xırman yeri yaşayış yeri — son tunc və ilk dəmir dövrü (Qubadlı qəsəbəsi) Mal təpəsi — son tunc və ilk dəmir dövrü (Muradxanlı kəndi) Laləzar körpüsü — 1867-ci il (Əliquluuşağı) "Qubadlı: Tarixi abidələri və maddi-mədəniyyət nümunələri". ngoccupiedculture.az. 2021-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2021. ""Qubadlı ən qədim tarixi abidələri olan rayonumuzdu"". teleqraf.com. İstifadə tarixi: 11 iyun 2021. "Qubadlı rayonunun mədəniyyət abidələri". www.qubadli-ih.gov.az.
Talas abidələri
Talas abidələri - Qədim türklərə məxsus daş-yazı abidələridir. Talas çayı sahilində yerləşdiyinə görə bu cür adlandırılıb. 1896-cı ildə Övliya-ata (Talas)qəza rəisi V.A.Kallur həmin şəhər haqqında tədqiqat əsəri nəşr etdirir. Bu əsərdə o Akçı kəndinin Şərqində 8 km aralı Ayırtan-oy deyilən yerdə Orxon-Yenisey əlifbası ilə yazılmış bir daşın olduğunu göstərir. Bundan sonra daha bir neçə abidə tapılır. Abidələrin tapılmasında V.A.Kallurdan başqa fin arxeoloqları Q.Heykel, K.Münik və O.Donnerin də böyük rolu olub. Abidələrin ilk nəşri Q.Heykelə məxsusdur. Lakin Q.Heykeldən başqa V.V.Radlov, P.M.Melioranski, Y.Nemet, H.N.Orkun, S.Y.Malov və İ.A.Batmanov da abidələri tədqiq etmişlər. 1932–1933-cü illərdə hələlik yeganə olan Talas Çubuğunun tapılması, oxunması və nəşrində M.Y.Masson və S.Y.Malovun xidmətləri olub. Sonralar bu abidəni H.N.Orkun, C.Cumaqulov (S.Y.Malovun tərcüməsində) da nəşr etmişdir.
Urud abidələri
Urud qəbiristanlığı — ermənilər tərəfindən dağıdılmış orta əsrlərə aid Zəngəzurun Urud kəndinin qəbiristanlığı. Urud (Ermənilər bu kəndin adını dəyişərək Oront adlandırıblar) qəbiristanlığında 1961-ci ildə aşkar edilən XV-XVI əsrə aid sənduqə formalı və qoç heykəlli məzar daşları üzərindəki kitabələr və qədim türk tayfalarına məxsus onqonların (tanrıların) təsvirləri alban tayfalarının islamı qəbul etməsini və ondan çox-çox əvvəl türkləşməsini, azərbaycanlaşmasını sübut edir. Bu tarixi abidələr əvvəllər mövcud olan “Qafqazın xilafətin istilasından sonra alban tayfalarının erməniləşməsi və gürcüləşməsi konsepsiyasını” alt-üst edib. Bu elmi kəşf azərbaycanlıların Qafqazda yerli-köklü xalq olduğunu sübut edir və indiyə kimi ermənilərin “Azərbaycanlılar Qafqaza gəlmə xalqdır” fikrinin əsassız olduğunu təsdiqləyir. Erməni “alimləri” “xəttat savadsız olub, kitabəni səhv yazıb” deyə avlade-avğvanyə avlade-avğv (alban övladları) sözünə hərflər əlavə edərək “avlağum vağudlu” kimi oxuyub, Zəngəzurda heç vaxt azərbaycanlıların yaşamadıqlarını “sübut” etməyə çalışsalar da, istədiklərinə nail ola bilməyiblər. Buna görə də ermənilər orta əsr qəbiristanlığı olan Zəngəzurun Urud kəndinin qəbiristanlığını dağıdıblar. Qəbiristanda 13 sənduqə, 4 qoç heykəlli məzar daş qeydə alınmışdı. 1988-ci ildə azərbaycanlılar tarixi-etnik torpaqlarından zorla qovulduqdan sonra Urud abidələri də ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Hazırda burada heç bir abidə qalmamışdır.
Yaryat abidələri
Yaryat abidələri və ya Terhin abidələri – Monqolustanın Arhanqay inzibati vahidinin Doloon Mod bölgəsindəki Terhin çayının yaxınlarında olan Orxon əlifbası ilə yazılmış uyğur abidələridir. Bu abidələr Uyğur xaqanı Bayan Çor Xaqan tərəfindən VIII əsrin ortalarında, ehtimal ki, 753–760-cı illər arasında daşa işlənilmişdir. Arxeoloqlar bu abidənin varlığından 1909-cu ildən bəri xəbərdardır. Çünki, 1909-da tapılan Şine Usu abidəsində belə bir abidənin varlığından bəhs edilməkdədir. Bununla birlikdə bu abidənin gün üzünə çıxarılması 1909-cu ildən etibarən 47 il davam etmiş, nəticədə Taryat abidəsi monqol arxeoloq Dorjsuren tərəfindən 1956-cı ildə tapılmışdır. Bu kəşfdən sonra isə rus-monqol elm heyəti tərəfindən 1969-cu ildə abidənin oturdulduğu tısbağa kaidə tapılmış, abidənin digər iki hissəsi Ser-Odjav Volkovun fəaliyyəti nəticəsində müəyyən edilərək elm dünyasına təqdim edilmişdir. Abidənin hissələri bu gün Ulan Batordakı Monqol Arxeoloji İnistitutunda sərgilənməkdədir. Uyğur xaqanlığı 745-ci ildə türk xaqanlığının yıxılması ilə onun yerini alan türk dövlətidir. Xaqanlıq Qutluq Bilgə Kül xaqan tərəfindən qurulmuşdur. Uyğur xaqanlığı türk xaqanlığının əksinə, Tan sülaləsi ilə dost münasibətlər qurmuş və An Luşan üsyanı zamanı Tana yardım etmişdir.
Yenisey abidələri
Yenisey abidələri - əksəriyyəti Yenisey çayı hövzəsindən tapılan bu abidələr qədim türk abidələridir. Mütəxəssislərin fikrinə görə Yenisey abidələri Orxon abidələrindən daha qədimdir. Lakin bəzi tədqiqatçılar Orxon abidələrinin dil baxımından bəsit olmasını əsas götürərək onların daha qədim olduğunu söyləyirlər. Yenisey abidələrinin varlığı haqqında avropalılara ilk məlumatı Niderlandın Amsterdam şəhərinin burqomistri Nikolay Vidzen bildirərək 1692-ci ildə Verxoturye çayı sahilində qayalardakı şəkillərdən bəhs edib. F.İ.T.Starlenberqin yazdığına görə Yenisey abidələrindən ilk tapılanı 3-cü Uybat abidəsdir. Bu abidəni Polşanın Dansiq şəhərindən olan təbiətşünas Daniel Qotlib Messerşmidt tapıb.
İsmayıllı abidələri
Şuşa Abidələri
Aşağıdakılar Şuşanın əvvəl mövcud olmuş abidələridir. İşğal altında olarkən bu abidələr, dağıdılmış, talan edilmişdir. Qala divarı (uzunluğu 8 km), Qala Divarları üzərində tikilmiş bürclər (17 ədəd) ,17 qədim üslübda salınmış məhəllə, 17 məscid, 17 bulaq, 17 hamam.
Füzuli rayonunun abidələri
Füzuli rayonunun abidələri — Füzuli rayonun ərazisi tarixi, mədəniyyət və memarlıq abidələri, mağara və kurqanlar, çoxlu sayda türbə, qəbirüstü abidələr, at, qoç fiqurları, körpülərlə zəngindir. == Tarixi-dini abidələri == Məscid (XVII əsr) — Qarğabazar kəndi (İNV № 4212) Məscid (XVIII əsr) — Qoçəhmədli kəndi (İNV № 4228) Məscid (XIX əsr) — Qacar kəndi (İNV № 4216) Məscid (XIX əsr) — Dədəli kəndi (İNV № 4214) Məscid (XIX əsr) — Merdinli kəndi (İNV № 4217) Məscid (1889-cu il) — Horadiz şəhəri (İNV № 4220) Məscid (XX əsr) — Horadiz şəhəri (İNV № 4221) Məscid (XIX əsr) — Böyük Bəhmənli kəndi (İNV № 4211) Məscid (XIX əsr) — Yuxarı Veysəlli kəndi (İNV № 4225) Məscid (XIX əsr) — Araz Dilağarda kəndi (İNV № 4227) Sərdərli məscidi (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4231) Məscid (XIX əsr) — Gecəgözlü kəndi (İNV № 4223) Məscid (XIX əsr) — Qoçəhmədli kəndi (İNV № 4233) Məscid (XVIII əsr) — Qaradağlı kəndi (İNV № 4237) Məscid (XIX əsr) — Qaraxanbəyli kəndi (İNV № 4240) Məscid (XIX əsr) — Qorqan kəndi (İNV № 4205) Məscid (XIX əsr) — Pirəhmədli kəndi (İNV № 4239) == Ziyarətgahları == İbrahim türbəsi (XVIII əsr) — Aşağı Aybasanlı kəndi Palıd ocağı — Böyük Bəhmənli kəndi İmamzadə ocağı (XIX əsr) – Horadiz şəhəri (İNV № 4222) Yel piri — Pirəhmədli kəndi Sarı baba ocağı — Qoçəhmədli kəndi İlan ocağı — Sərdarlı kəndi Pirocaq ocağı — Qacar kəndi Cəlil türbəsi (XIX əsr) — Qarğabazar kəndi Arqalı türbəsi (XIII əsr) — Aşağı Veysəlli kəndi Arğalı türbəsi (XIII əsr) — Əhmədalılar kəndi Türbə (XVIII əsr) — Qarğabazar kəndi (İNV № 4213) Türbə (XIX əsr) — Seyidəhmədli kəndi (İNV № 4226) Türbə (XIX əsr) — Divanalılar kəndi (İNV № 4238) Seyid Əşrəf ocağı — Horadiz şəhəri İbə (İbn İbrahim) piri — Seyidəhmədli kəndi == Tarixi memarlıq abidələri == Hamam (XIX əsr) — Füzuli şəhəri (İNV № 4201) Alı körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4234) Kərəm körpüsü (XIX əsr) — Saracıq kəndi (İNV № 4236) Sandığabənzər başdaşı (1624-1625-ci illər) — Əhmədalılar kəndi Şah Abbas karvansarası — Qarğabazar kəndi Şah Abbas məscidi (1683-1684-cü illər) — Qarğabazar kəndi XII əsrə məxsus qəbiristanlıq — Aşağı Veysəlli kəndi Baba Yaqub daş məqbərəsi (1282-1284-cü illər) — Horadiz şəhəri Oğuz qəbri — İşıqlı kəndi Karvansara (XVII əsr) — Qarğabazar kəndi == İstinadlar == == Xarici keçidlər == "Füzuli rayonunun vandalizmə məruz qalmış abidələri". www.dqdk.gov.az. İstifadə tarixi: 1 iyun 2021. "Füzuli rayonunun tarixi türbələri". news.milli.az. İstifadə tarixi: 1 iyun 2021. "Əsirlikdə olan Azərbaycan abidələri". armenianvandalism.preslib.az. İstifadə tarixi: 1 iyun 2021.
Gədəbəy rayonunun abidələri
== Tədqiqi == Kiçik Qaramurad ətrafında qeydə alınmış mağara və Qalakənd kəndindən tapılmış materiallara görə Gədəbəyin tarixi daş dövrünə (mezolitə) gedib çıxır. Buradakı arxeoloji abidələr tunc və ilk dəmir dövrünə aid qəbirlərlə, daş qutu qəbirlərlə, kurqanlarla, qədim qalaçalarla, ibadətgahlarla izlənilir. Gədəbəy abidələrinin zənginliyi XIX əsrdən dünya alimlərinin diqqətini cəlb edib. Simensin misəritmə zavodunun tikintisi ilə əlaqədar görülən torpaq işləri zamanı ərazidə tapılan maddi-mədəniyyət nümunələri zavodun əməkdaşı V.Belkin diqqətini çəkir. 1888-1890-cı illərdə o Gədəbəydə və ətraf kəndlərdə 300-dən çox daş qutu qəbir abidəsi qazır. V.Belk tədqiq etdiyi qəbirlərdən əldə etdiyi yüzlərlə nümunələri Almaniyaya R.Virxova göndərir. Bu materiallar əsasında R.Virxov özünün "Qafqazın mədəni-tarixi əhəmiyyəti" adlı monoqrafiyasını yazır və Gədəbəyin zəngin arxeoloji materialları əsasında Berlində, o vaxtlar dünyada analoqu olmayan muzey yaradır. 1896-cı ildə Moskva arxeoloji cəmiyyətinin üzvü A.A.İvanovski Gədəbəydə yenidən arxeoloji qazıntı işləri aparır və 72 ədəd daş qutu qəbir qazır. 26 illik fasilədən sonra 2005-ci ildən rayonun arxeoloji abidələri yenidən öyrənilməyə başlandı. 2005-2006-cı illərdə kəşfiyyat xarakterli qazıntı işləri aparmaq üçün bölgədə kiçik dəstədən ibarət ekspedisiya fəaliyyət göstərib, rayonun arxeoloji abidələrlə zəngin olan Daryurd kəndində tədqiqat işləri aparılıb.
Koreyanın Xatirə Abidələri
== Koreyanın Müstəqillik Xatirəsi ( Hanqılla: 독립기념관 ) == Cənubi Koreyanın Cheonan şəhərində yerləşən Koreyanın tarixi muzeyidir. Əvvəllər Çində Koreyanın keçici hökumət binası olan bu yer 1945-ci il 15 avqust Yaponiya müstəmləkəçiliyindən azad olduqdan sonra Koreyaya təhvil verilir. Müstəqillik gününün ildönümündə, 1987-ci ildə Muzeyin açılışı olmuşdur. Ümumi sahəsi 23.424 m² olan muzey Cənubi Koreyanın ən böyük sərgi obyektidir. Muzey Yaponiyanın müstəmləkəlik dövrünün azadlıq hərəkatına yönəlmişdir. Bununla bərabər ilk salon olan Milli İrs salonu tarixdən əvvəlki dövrdən Coson sülaləsinə qədər olan dövrə həsr olunmuşdur. Yeddi bağlı sərgi salonu və bir Circle Vision Teatrı vardır. === Tarixi === 5 oktyabr 1982: İstiqlal Hall İnşaatı Təqdimat Komitəsinin yaradılması. 15 Avqust 1983: İstiqlal Salonunun təməlinin qoyulması. 9 May 1986: İstiqlal Zalı Qanuni icrası elan olundu.
Kəlbəcər memarlıq abidələri
== Məbədlər, qalalar == Kəlbəcər rayonun ərazisinin müxtəlif yerlərində çox sayda qədim alban qalaları, məbədləri, məbəd kompleksləri var. == Xudavəng məbəd kompleksi == I–II əsrlərdə Qafqaz Albaniyasında xristianlıq yayılandan sonra tikilən ilk məbədlərdən biri Xudavəng məbəd kompleksidir. Bu kompleks "Alban bazilikası" adlanır. İlk məbəd tikintiləri kümbəzsiz uzun binalardan ibarət olub. Xudavəng məbəd kompleksinin ilk tikintisi ilk orta əsrlərin bir nefli bazilikasına aiddir. Kompleksə bazilika tipli baş məbəd, bir neçə əlavə məbədlər, sövmə, təsərrüfat və yaşayış evləri daxildir. Qafqaz Albaniyası memarlarının yaratdığı bu abidə qonşu xalqların dini memarlıq əsərlərindən tamamilə fərqlənir. Baş məbəd binasının plan və kompazisiya quruluşu assimetriya formasında həll olunmuşdur. Bizim dövrümüzə gəlib çıxana kimi bu məbədə bir neçə dəfə başqa tikililər əlavə edilib, onun yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa edilmişdir. Beləliklə, bunun nəticəsində böyük bir dini kompleks yaranmışdır.
Kəlbəcər rayonunun abidələri
Kəlbəcər rayonunun abidələri — "Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində "çay üstündə qala" deməkdir. Bu unikal təbiət möcüzəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcərdəki oronomik toponimlərin hamısı türk mənşəlidir. Bir sıra qədim türk tayfalarının adı bu gün də bu toponimlərdə yaşayır. Kəlbəcər ən qədim insan məskənlərindən biridir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. Ən hündür zirvələri Camışdağ dağındakı zirvə-(3724 m) və Dəlidağdır (3616 m). Ərazinin çox hissəsi meşəlikdir.
Muğan Babazanlı abidələri
Muğan Babazanlı abidələri — Azərbaycanın Salyan rayonu ərazisində yerləşən arxeoloji abidə. Bu yaşayış məskəni Ələt-Astara magistral yolunun tikintisi zamanı aparılan qazıntılar zamanı aşkarlanıb. Dörd hektara yaxın ərazini əhatə edən yaşayış məskəni Salyan rayonunun Çuxanlı və Şorkənd kəndləri ərazisində Babazənən adlı dağın ərazisində yerləşir. Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiya qrupu qədim yaşayış məskənində araşdırmalar aparıb. İlkin nəticəyə görə, bu ərazidə eramızdan əvvəl III əsrdən bizim eranın III əsrinədək yaşayış olub. Ərazinin keçmişindən təfsilatı ilə xəbər verən bu tapıntının unikallığı ondadır ki, burada yaşayış yeri ilə məzarlıq bir ərazidə yerləşir və eyni dövrə aiddir. Aparılan araşdırmalar zamanı 5 küp qəbir və 5 torpaq qəbir tapılıb. Bunların arasında həm uşaq, həm də böyüklərə aid qəbirlər var. İnstitutun professoru, arxeoloq Arif Məmmədov bildirib ki, arxeoloji qazıntılar zamanı aşkar edilən küp qəbirlərdən birinin üzərində şamanizmlə bağlı təsvirlər verilib. apılan saxsı qabların üzərindəki işarələr sənətkarlar arasında ixtisaslaşmanın mövcudluğunu və burada məskunlaşmanın qədimliyini təsdiq edir.
Orxon-Yenisey abidələri
Orxon-Yenisey abidələri — Orxon-Yenisey abidələrini isveç zabiti Filip Stralenberqin tapıntılardan sonra bu yazılarla tədqiqatçılar daha çox maraqlanmağa başladılar. Türk xalqlarına məxsus üzərində qədim türk yazıları olan abidədir. Bu abidənin adı ilk dəfə XII əsr tarixçisi Ələddin Ata Məlikin "Cüveyni-tarixi-cahangüşə" əsərində çəkilir. Orxon çayı sahilində tapıldığına görə bu cür adlandırılıb və qədim türk tayfaları tərəfindən düzəldilmişdir. Orxon abidələri qədim türk dilini öyrənmək baxımından olduqca vacibdir. Orxon abidələrinə Ongin, Gül-Tigin, Bilgə xaqan, Tonyukuk, Kuli-Çor, Moyun-Çor, İşe-Ashet, Hoytu-Təmir və Suci abidələri daxildir. Abidəni tərcümə edən danimarkalı alim Vilhelm Tomsendir. Orxon-Yenisey abidələrinin mövcudluğu uzun müddət Avropa ölkələrində və Rusiyada məlum olmamışdı. Onları ilk dəfə XVIII əsrin əvvəllərində Rusiya ilə İsveç arasında baş vermiş müharibədə Poltava döyüşündə əsir düşmüş İsveç zabiti Filipp Starlenberq üzə çıxarmışdı. O, 13 il Sibirdə Tobol əyalətində yaşamış, həmin ərazinin keçmiş xalqları haqqında materiallar toplamış, həm də Orxon-Yenisey abidələrinin üzünü çıxarmış və vətənində dərc etdirmişdi.
Qubadlı rayonunun abidələri